Sarkozini ölümlə hədələyən dustaqları nə gözləyir?

Dünya

26.10.2025 10:15

Fransanın sabiq prezidenti Nikola Sarkozini həbsxanada ölümlə hədələyən iki dustaq dekabrın 19-da hakim qarşısına çıxarılacaq.

TodayPress TV Fransa KİV-ə istinadən xəbər verir ki, təqsirləndirilən şəxslərdən biri 28, digəri isə 24 yaşındadır və onlara məhkəməyə hazırlaşmaq üçün vaxt verilib.

Dustaqlardan biri quldurluq, digəri isə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbsdədir. Həbsxanadan yayılan videolarda onların “pulları qaytar” və “Qəddafinin qisası alınacaq” deyə qışqırdıqları görünür.

Qeyd edək ki, Nikola Sarkozi 2007-ci il prezident seçkilərini Liviya vəsaitləri ilə maliyyələşdirməkdə təqsirli bilinərək oktyabrın 21-də Parisin 14-cü regionunda yerləşən La Sante həbsxanasına yerləşdirilib.

Jalə Rövşən 

TodayPress TV

tag: Nikola Sarkozi,Fransa,Həbsxana,La Sante həbsxanası,Todaypress.tv,