Harvard Ağ Evə 500 milyon dollar verəcək
Dünya
29.07.2025 09:42
Harvard Universiteti ABŞ prezidenti Donald Tramp administrasiyası ilə aralarında olan mübahisəni həll etmək üçün 500 milyon dollara qədər vəsait ayırmağa hazır olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Qəzet yazır ki, danışıqların intensivləşdiyi bir vaxtda universitet bu məbləği ödəməyə razı olsa da, federal hökumətə birbaşa ödəniş etmək istəmir. Danışıqlarda iştirak edən mənbələr bildiriblər ki, tərəflər hazırda müqavilənin şərtləri və vəsaitin necə yönləndiriləcəyi üzərində işləyirlər.
Harvard və Tramp administrasiyası arasında konkret hansı məsələlərdə fikir ayrılığı olduğu barədə məlumat dəqiq açıqlanmasa da, ekspertlər bu qarşıdurmanın arxasında maliyyə, immiqrasiya və təhsil siyasətinə dair keçmiş gərginliklərin dayana biləcəyini ehtimal edirlər.
Universitet və Ağ Evdən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Türkan İsgəndərli
tag: Harvard,ABŞ,Tramp,Təzminat,Todaypress.tv,