Rusiya-Ukrayna münaqişəsi Tokayevə “baha başa gəldi”

Rusiya-Ukrayna münaqişəsi Tokayevə “baha başa gəldi”
27.07.2026 19:40 Dünya

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya-Ukrayna müharibəsinin ölkəsinə ciddi iqtisadi və logistika problemləri yaratdığını bildirib.

TodayPress TV Minval-a istinadən xəbər verir ki, Tokayev Qazaxıstanın Moskva ilə müttəfiqlik münasibətlərinə baxmayaraq, münaqişə səbəbindən ixrac marşrutlarını yenidən qurmağa və Qərbin sanksiya tələbləri ilə Avrasiya İqtisadi İttifaqı və KTMT çərçivəsindəki öhdəliklər arasında tarazlıq saxlamağa məcbur qaldığını qeyd edib.

Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi Qazaxıstan bankları, nəqliyyat şirkətləri, ixracatçıları və investorları üçün əlavə risklər yaradır. Bir çox layihələr məhdudiyyətlərlə üzləşib, biznes isə sanksiyalardan yayınmada iştirak etmədiyini davamlı şəkildə sübut etməli olur.

Tokayev vurğulayıb ki, Qazaxıstan tərəfi olmadığı münaqişənin iqtisadi nəticələrinin yükünü daşıyır və bunun bədəlini həm geosiyasi proseslərə, həm də qlobal iqtisadiyyata görə ödəyir.

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər