Rusiya uçuş sınaqlarına başlayır
“Tamamilə idxalı əvəzləyən “MS-21” təyyarəsinin uçuş sınaqları yaxın vaxtlarda başlamalıdır”.
TodayPress TV xəbər verir ki, bunu Rusiya Sənaye və Ticarət naziri Anton Alixanov jurnalistlərə müsahibəsində bildirib.
“Hazırda təyyarə uçuş-sınaq kompleksində yoxlamalardan keçir və yaxın vaxtlarda uçuş sınaqları proqramına qoşulacaq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, “MS-21” Rusiya istehsalı olan yaxın və orta məsafəli sərnişin təyyarəsi layihəsidir. O, daxili və beynəlxalq hava xətlərində sərnişin, baqaj və yük daşımaq üçün nəzərdə tutulub. Təyyarə 5100 km-ə qədər məsafələrə uçuş üçün planlaşdırılıb.
Aysel Mətləb