Rusiya Müdafiə Nazirliyi: 56 Ukrayna PUA-sı məhv edildi
Rusiya hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən Ukraynaya məxsus təyyarə tipli 56 pilotsuz uçuş aparatı (PUA) ələ keçirilərək məhv edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyan edib.
Nazirliyin məlumatına görə, pilotsuz uçuş aparatları Belqorod, Bryansk, Leninqrad, Kaluqa, Kursk, Novqorod, Smolensk, Tver, Tula vilayətləri, Moskva regionu və Krım Respublikası əraziləri üzərində vurulub.
Aysel Mətləb