Rusiya gecə ərzində 258 Ukrayna dronunu məhv edib

Rusiya gecə ərzində 258 Ukrayna dronunu məhv edib
18.04.2026 14:45 Dünya

Rusiya hava hücumundan müdafiə (HHM) vasitələri bir gecə ərzində ölkə regionları üzərində Ukraynaya məxsus 258 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, "PUA"lar Həştərxan, Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kursk, Leninqrad, Novqorod, Pskov, Rostov, Samara, Saratov, Smolensk, Tambov və Ulyanovsk vilayətləri, həmçinin Krasnodar diyarı, Krım, eləcə də Azov və Qara dəniz akvatoriyası üzərində vurulub.

Nazirlik qeyd edib ki, bütün pilotsuz aparatların vaxtında aşkarlanaraq zərərsizləşdirilməsi təmin olunub.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər