Rusiya daha bir neçə ərazini nəzarətə götürdü
Rusiya Ordusu Ukraynanın Sumı vilayətində yerləşən Lokniya kəndini nəzarətə götürüb.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, “Mərkəz” qrupunun hərbçiləri uzun müddətdir davam edən döyüşlərdən sonra kəndi ələ keçirib.
Eyni zamanda, Cənub Qüvvələri Qrupunun bölmələri Donetskin Stupoçki yaşayış məntəqəsini və Otradnoye kəndini də nəzarətə götürüb.
Nicat Osman