Rusiya Arktikada Avropa texnologiyası ilə gizli kəşfiyyat şəbəkəsi qurdu

Rusiya Arktikada Avropa texnologiyası ilə gizli kəşfiyyat şəbəkəsi qurdu
23.10.2025 22:50 Dünya

Rusiya son bir neçə ildə nüvə arsenalını qorumaq və NATO sualtı qayıqlarını izləmək məqsədilə “Harmony” adlı gizli sualtı kəşfiyyat şəbəkəsi yaradıb.

TodayPress TV  xəbər verir ki, “LeMonde" qəzeti bu barədə “Russian Secrets” araşdırmaçı qrupunun hesabatına istinadən məlumat yayıb.

Hesabatda bildirlir ki, Rusiyanın yaratdığı sistem Artikada dənizin dibində minlərlə kilometr kabel, sensor və sonar avadanlıqlarından ibarət şəbəkədir.

Tədqiqatlara görə, Rusiya bu şəbəkənin yaradılması üçün yüksək texnologiyalı avadanlıqları Avropa, ABŞ və Yaponiyadan vasitəsiçi şirkətlər vasitəsilə gizli şəkildə əldə edib.

Bildirilir ki, bu şəbəkənin qurulması Avropanın həssas texnologiyaların Rusiyaya ixracını nəzarət altında saxlamaq qabiliyyətinə dair suallar doğurur.

TodayPress TV


FOTOLAR

Rusiya Arktikada Avropa texnologiyası ilə gizli kəşfiyyat şəbəkəsi qurdu — 1
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər