Rusiya, ABŞ və Ukrayna görüşü qapalı keçiriləcək

Rusiya, ABŞ və Ukrayna görüşü qapalı keçiriləcək
04.02.2026 13:21 Dünya

Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə keçiriləcək görüş qapalı formatda baş tutacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Danışıqlara mətbuat nümayəndələri buraxılmayacaq və görüşdən sonra mətbuat konfransı planlaşdırılmır.

Məlumata görə, Ukrayna nümayəndə heyəti artıq Əbu-Dabiyə gəlib. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff da görüş üçün şəhərdədir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər