Rusiya ABŞ ilə iqtisadi əlaqələri bərpa edəcək
"Ukrayna münaqişəsində irəliləyiş əldə olunacağı təqdirdə, Vaşinqton Rusiya ilə iqtisadi əməkdaşlığın bərpasını müzakirə etməyə hazırdır".
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşə gedərkən jurnalistlərə bildirib.
O, həmçinin qeyd edib ki, Putin onun prezidentliyi dövründə ABŞ iqtisadiyyatı ilə maraqlanırdı və bu əməkdaşlıq üçün real imkanların olduğunu düşünür.
Türkan İsgəndərli