Rumıniyanın sabiq prezidenti vəfat etdi

Rumıniyanın sabiq prezidenti vəfat etdi
05.08.2025 20:20 Dünya

Rumıniyanın sabiq prezidenti İon İliesku 95 yaşında vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə Rumıniya hökumətinin yaydığı rəsmi açıqlamada məlumat verilib.

Qeyd edək ki, İon İliesku ölkənin kommunizmdən demokratiyaya keçid dövründə rol oynamış siyasi fiqur kimi tanınırdı. O, 1989-cu ildə diktator Çauşeskunun devrilməsindən sonra hakimiyyətə gəlmişdi. Onun rəhbərliyi altında Rumıniyada ilk demokratik seçkilər keçirilmişdi.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər