Rumıniyada prezidentliyə namizəd rəqibini ittiham etdi

Rumıniyada prezidentliyə namizəd rəqibini ittiham etdi
18.05.2025 23:15 Dünya

Rumıniyada prezidentliyə namizəd Georqe Simion rəqibi Nikuşor Danı səsvermədən əvvəlki “seçki sükutu” gününü pozmaqda ittiham edib. 

TodayPress TV xəbər verir ki, bu barədə o, “Facebook” hesabında açıqlama yayıb.

“Dünən, seçkiqabağı sükut günü mən sosial şəbəkə hesablarımı müvəqqəti deaktiv etdim. Amma rəqibim müxtəlif marketinq hiylələrindən istifadə edib” deyə Simion bildirib.

O həmçinin əlavə edib ki, vətəndaşları aldatmaq yox, düzgün məlumatlandırmaq istəyən beynəlxalq KİV-lərlə əməkdaşlığa hazırdır.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər