Rumıniyada prezident seçkilərinin nəticələri açıqlandı
Rumıniya Konstitusiya Məhkəməsi mayın 4-də və 18-də keçirilən prezident seçkilərinin nəticələrini təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə "Agerpress" agentliyi məlumat yayıb.
Nəticədə yeni prezident Nikuzor Dan rəsmi şəkildə qalib elan olunub.
Bu qərar məhkəmənin xüsusi iclasında elan edilib. İclasda Nikuzor Dan və hazırkı dövlət başçısı səlahiyyətlərini icra edən İlie Bolojan iştirak ediblər.
Qanuna görə, parlament rəhbərləri 24 saat ərzində deputat və senatorları birgə iclasa çağırmalıdır. Bu iclasda Nikuzor Dan and içərək vəzifəsinin icrasına başlayacaq.
Türkan İsgəndərli