Rubio xəbərdarlıq etdi - İrana sanksiyalardan yayınmağa kömək edənlər..

Dünya

05.05.2026 23:47

İrana tətbiq olunan sanksiyalardan yayınmağa kömək edən istənilən xarici maliyyə institutu və ya kommersiya qurumu dərhal ikinci dərəcəli sanksiya riski ilə üzləşəcək.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Ağ Evdə jurnalistlər üçün keçirilən brifinqdə danışıb.

O, həmçinin əlavə edib ki, həmin institut və ya  qurum ABŞ maliyyə sisteminə giriş imkanını itirəcək.

Aysel Mətləb

TodayPress TV

tag: Rubio,İran,Sanksiya,ABŞ,TodayPress TV,