Rubio Fransanın Fələstin dövlətini tanımaq qərarını kəskin tənqid etdi
ABŞ-nin dövlət katibi Marko Rubio Fransan Prezidenti Emmanuel Makronun BMT-də Fələstin dövlətini rəsmi şəkildə tanıyacağı ilə bağlı açıqlamasını sərt şəkildə tənqid edib.
TodayPress TV xəbər verir ki, o, bu barədə "X"da yazıb.
“Bu məsuliyyətsiz qərar yalnız HƏMAS-ın təbliğatına xidmət edir və sülh prosesinə zərbə vurur. Bu, 7 oktyabrın qurbanlarına atılan bir sillədir”, - deyə Rubio bildirib.
Töhfə Səməd