Quterreş: "İrana qarşı sanksiyaların qarşısı alına bilər"
BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, İranın nüvə proqramı ilə bağlı yaranmış gərginlik diplomatik yolla həll edilə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
O bildirib ki, İrana qarşı sanksiyaların qarşısını almaq mümkündür.
BMT baş katibi əlavə edib ki, təşkilat məsələ ilə bağlı bütün tərəflərlə əlaqə saxlayır və gərginliyin artmasının qarşısını almaq üçün səylər göstərir.
Qeyd edək ki, sentyabrın 9-da İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) arasında əməkdaşlığın bərpasına dair saziş imzalanıb. Sənədi İranın xarici işlər naziri və AEBA-nın baş direktoru Rafael Qrossi Qahirədə imzalayıblar.
Türkan İsgəndərli