Quterreş BMT-nin qaçılmaz maliyyə çöküşü təhlükəsi ilə üzləşdiyini açıqladı

Quterreş BMT-nin qaçılmaz maliyyə çöküşü təhlükəsi ilə üzləşdiyini açıqladı
30.01.2026 20:30 Dünya

BMT-nin Baş katibi Antonio Quterriş bildirib ki, BMT üzvlük haqlarının ödənilməməsi və xərclənməmiş vəsaitlərin qaytarılmasını tələb edən büdcə qaydası səbəbindən qaçılmaz maliyyə çöküşü təhlükəsi ilə üzləşir.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Agentliyin əldə etdiyi Quterrişin məktubuna əsasən, təşkilatdakı böhranın dərinləşməsi proqramların həyata keçirilməsinə təhlükə yaradır və maliyyə çöküşü riskini artırır.

"Yaxın gələcəkdə vəziyyət daha da pisləşəcək", - o qeyd edib.

Baş katibin hesablamalarına görə, təşkilatın maliyyə ehtiyatları iyul ayına qədər tükənə bilər.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər