Qırğızıstan Rusiyadakı vətəndaşlarına xüsusi status tələb etdi
Qırğızıstanın Ticarət və Sənaye Palatasının rəhbəri və keçmiş Baş naziri Temir Sariyev Rusiyada yaşayan qırğızlara xüsusi status verilməsini tələb edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) danışıb.
Sariyev bildirib ki, qırğız xalqı çətin vaxtlarda Rusiyanın yanında olub. O, həmçinin vurğulayıb ki, Böyük Vətən Müharibəsində qırğızlar Panfilov diviziyasının tərkibində Moskvanı müdafiə edib.
Keçmiş Baş nazir Bişkekin Rusiyaya xüsusi hərbi əməliyyat başlayanda ilk dəstək verən ölkələrdən olduğunu da xatırladıb.
Türkan İsgəndərli