Qəzzafinin oğlu sərbəst buraxıldı
Müəmmər Qəzzafinin oğlu Hannibal Qəzzafi Livanda 10 il həbsdə qaldıqdan sonra girov müqabilində sərbəst buraxılıb.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, onun azad olunması üçün 11 milyon dollar girov qoyulmasına qərar verilib və Hannibalın ölkəni tərk etməsinə qadağa qoyulub.
Qeyd edək ki, Hannibal Qəzzafi 2015-ci ildən Livanda həbsdə idi. O, 1978-ci ildə itkin düşən livanlı şiə ruhanisi Musa əs-Sədrin yoxa çıxması ilə bağlı məlumatları gizlətməkdə ittiham olunurdu.
Jalə Rövşən