Qəzzada ölənlərin sayı 61 mini keçdi

Qəzzada ölənlərin sayı 61 mini keçdi
14.08.2025 16:48 Dünya

Son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 54 nəfərin cənazəsi və 831 yaralı gətirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2023-cü ildən indiyədək ölənlərin ümumi sayı 61 min 776 nəfərə, yaralıların sayı isə 154 min 906 nəfərə çatıb.

Hazırda minlərlə meyitin dağıntılar altında qaldığı ehtimal olunur. 

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər