Qəzzada ölənlərin sayı 61 mini keçdi

Qəzzada ölənlərin sayı 61 mini keçdi
05.08.2025 15:12 Dünya

Son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 87 nəfərin cəsədi gətirilib, 644 nəfər isə yaralı vəziyyətdə müalicəyə qəbul edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Ümumilikdə, 7 oktyabr 2023-cü ildən bəri Qəzzada həyatını itirənlərin sayı 61 020 nəfərə, yaralananların sayı isə 150 671-ə yüksəlib.

Qeyd olunub ki, Qəzza zolağında dağıntılar altında hələ də minlərlə meyitin qaldığı ehtimal edilir.

Töhfə Səməd

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər