Qəzzada işçilər də aclıqdan əziyyət çəkir: “Bütün sistem çöküb”
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Baş Komissarı Filip Lazzarini, Qəzza zolağında aclığın gündən-günə daha da dərinləşdiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.
Qəzza Səhiyyə Nazirliyi müharibə başlayandan bəri 81-i uşaq olmaqla, azı 113 nəfərin aclıqdan öldüyünü açıqlayıb. BMT isə bu ölümlərin ən az 45-nin son 4 gün ərzində baş verdiyini təsdiqləyib.
Lazzarini bölgədəki yardım işçilərinin də aclıqla üz-üzə qaldığını qeyd edərək bir həmkarının ifadəsini sitat gətirib:
“Qəzzadakı insanlar nə ölüdür, nə də diri... yeriyən meyitlərə çevriliblər”.
Töhfə Səməd