Qəzzada aclıq səbəbindən ölüm halları artdı

Qəzzada aclıq səbəbindən ölüm halları artdı
28.07.2025 10:02 Dünya

Hazırda Qəzza zolağı tamamilə humanitar fəlakət vəziyyətinə düşüb. Bölgədə su, dərman, tibbi avadanlıq və gigiyenik vasitələr tapılmır.

TodayPress TV xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb. 

Son rəsmi məlumata görə, Qəzzada aclıqdan həyatını itirən fələstinlilərin sayı 133-ə çatıb.

Bölgədə baş verən aclıq fəlakətindən sonra Birləşmiş Ərəb Əmirlikləri və İordaniya Qəzzaya havadan humanitar yardım göndərməyə başlayıb.

Töhfə Səməd

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər