Qətər XİN İrana etiraz etdi

Qətər XİN İrana etiraz etdi
24.06.2025 14:43 Dünya

Qətər Xarici İşlər Nazirliyi İranın Dohadakı səfiri Əli Saleh Abadini çağıraraq, ABŞ-nin Qətərdə yerləşən Əl-Udeyd aviabazasına endirilən raket zərbəsinə görə rəsmi etirazını bildirib. 

TodayPress TV xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qətər bu hücumu beynəlxalq hüququn pozulması kimi qiymətləndirir və belə hallara cavab vermək hüququnu özündə saxlayır.

Qətərin xarici işlər üzrə dövlət naziri Sultan əl-Murayxi səfirə deyib ki, bu hücum mehriban qonşuluq prinsipinə və ölkələr arasındakı münasibətlərin ruhuna ziddir.

Qeyd edək ki, iyunun 23-də İran “Qələbə Müjdəsi” adlı hərbi əməliyyat çərçivəsində Qətərə 6, İraqa isə 1 raket atıb. 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər