Qazaxıstan Prezidenti: “Sülh üzrə Birgə Bəyannamə tarixi əhəmiyyət daşıyır”
“Azərbaycan və Ermənistan arasında Sülh üzrə Birgə Bəyannamənin imzalanması tarixi əhəmiyyət daşıyır”.
TodayPress TV Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
O bildirib ki, bu, regionda və onun hüdudlarından kənarda çoxşaxəli əməkdaşlıq üçün geniş perspektivlər açır:
“Cənubi Qafqazda sabitliyi təmin edəcək tamformatlı sülh sazişinin tez bir zamanda bağlanacağına ümid edirik".
Qiymət Mahir