“Qatar Airways” təyyarələrinin bir hissəsini İspaniyada yerləşdirir

“Qatar Airways” təyyarələrinin bir hissəsini İspaniyada yerləşdirir
23.03.2026 04:35 Dünya

Qətərin milli aviaşirkəti olan “Qatar Airways” bölgədəki mövcud vəziyyətlə əlaqədar olaraq, təyyarələrinin bir hissəsini müvəqqəti Doha xaricindəki hava limanlarına köçürür.

TodayPress TV xəbər verir ki, bu barədə “Doha News” portalı məlumat yayıb.

Bildirilib ki, aviaşirkətin mətbuat xidməti təyyarənin uçuş fəaliyyəti normallaşdıqdan sonra xidmətə qayıdacağını açıqlayıb. Lakin “Qatar Airways” mövcud əməliyyat mühitinin dinamik təbiətini əsas gətirərək xaricdə saxlanılmış təyyarələrin dəqiq sayını açıqlamaqdan imtina edib.

“Flightradar”ın məlumatına görə, son bir neçə gündə təxminən 20 “Qatar Airways” təyyarəsi İspaniyanın “Teruel” hava limanına yönləndirilib. Bu hava limanı Avropanın ən böyük təyyarə təmiri və uzunmüddətli saxlama mərkəzlərindən biridir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər