Putinlə Hakan Fidanın müzakirə etdiyi məsələlər açıqlandı- YENİLƏNDİ

Putinlə Hakan Fidanın müzakirə etdiyi məsələlər açıqlandı- YENİLƏNDİ
26.05.2025 21:36 Dünya

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyənin xarici işlər naziri Hakan Fidanın müzakirə etdiyi məsələlər açıqlanıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb. 

Qeyd olunub ki, onlar Rusiya-Ukrayna müharibəsi, Türkiyənin mümkün vasitəçiliyi, Suriyadakı son vəziyyət barədə danışıblar. Təfərrüatlar isə açıqlanmayıb. 

Məlumata görə, görüş hələ davam edir.

***

21:10

Rusiya prezidenti Vladimir Putin Moskvada Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Görüşdə Türkiyə-Rusiya münasibətləri, Ukrayna böhranının həlli müzakirə olunacağı bildirilib.

Aynur TAC

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər