Putin xarici vətəndaşlarla bağlı daha bir qərar verdi

Putin xarici vətəndaşlarla bağlı daha bir qərar verdi
09.07.2025 20:30 Dünya

Rusiya Daxili İşlər Nazirliyi 2026-cı il iyunun 30-dək “Xarici vətəndaşın rəqəmsal profili” adlı informasiya sistemi hazırlamalıdır.

TodayPress TV xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Sənəd federal hüquqi informasiya portalında yerləşdirilib.

Fərman ölkədə milli təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, ictimai asayişin qorunması və miqrasiyanın tənzimlənməsi sisteminin optimallaşdırılması məqsədi daşıyır. Güman edilir ki, yeni resurs Rusiya Federasiyasının ərazisində yerləşən və ya yaşayan Rusiya sərhədini keçən bütün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında aktual məlumatları saxlayacaq.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər