Putin və Kim Çen Inın görüşündə iştirak edənlərin adı açıqlandı
Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inın danışıqlarında Rusiya xarici işlər naziri Sergey Lavrov, Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov, təbii sərvətlər və ekologiya naziri, Rusiya-Koreya hökumətlərarası komissiyasının həmsədri Aleksandr Kozlov da iştirak edirlər.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
İkitərəfli görüş Çin səfəri çərçivəsində Rusiya dövlət başçısının müvəqqəti olaraq yerləşdiyi Dyaoyüytay dövlət iqamətgahında başlayıb. Liderlər tərcüməçilər vasitəsilə ünsiyyət qururlar.
Töhfə Səməd
TodayPress TV