Putin: "Qərb bizi aldatdıqdan sonra hərbi addım atdıq"
Dünya
17.12.2025 16:38
Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibənin başlanma səbəbləri ilə bağlı açıqlama verib.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, Putin bunu Müdafiə Nazirliyinin genişləndirilmiş iclasında deyib.
Onun sözlərinə görə, Rusiya Qərb və Ukrayna tərəfinin Moskvanı aldatdığını anladıqdan sonra hərbi addım atmağa məcbur olub. Putin bildirib ki, əvvəlcə münaqişənin Minsk razılaşmaları çərçivəsində sülh yolu ilə həllinə çalışıblar, lakin sonradan Qərbin bu razılaşmaları sadəcə Ukraynanı silahlandırmaq üçün vaxt udmaq məqsədilə istifadə etdiyi üzə çıxıb.
Rusiya lideri qeyd edib ki, bu faktı Fransa və Almaniyanın keçmiş rəhbərləri də açıq şəkildə etiraf ediblər. Onun sözlərinə görə, Qərb Minsk razılaşmalarını yerinə yetirmək niyyətində olmayıb.
Putin xatırladıb ki, Ukraynada “xüsusi hərbi əməliyyat” 24 fevral 2022-ci ildə başlayıb. O zaman bu qərarın Donbas sakinlərinin müdafiəsi məqsədi daşıdığını bildirib. Prezidentin sözlərinə görə, əməliyyatın əsas məqsədləri Ukraynanın demilitarizasiyası və denazifikasiyasıdır.
Jalə Rövşən
tag: Vladimir Putin,Rusiya,Ukrayna,Qərb ,Todaypress.tv,
