Putin Bəhreyn kralı ilə danışdı

Putin Bəhreyn kralı ilə danışdı
24.06.2025 14:07 Dünya

Rusiya prezidenti Vladimir Putin və Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə oktyabrda Moskvada keçiriləcək ilk Rusiya-ərəb sammitini Yaxın Şərqdəki gərgin vəziyyət fonunda çox vacib hesab ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iki lider telefon danışığı zamanı Yaxın Şərqdə sülh və sabitliyin tezliklə bərpa olunmasının vacibliyini vurğulayıblar.

Kreml əlavə edib ki, bölgədəki eskalasiya Rusiya-ərəb sammitinin keçirilməsinin nə qədər aktual olduğunu bir daha göstərir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər