Prezident açıqladı: "7 min vətəndaşımız Ukraynada öldürüldü"
Ukraynada hərbi hazırlıq keçmiş 7 min kolumbiyalı başqa ölkənin münaqişəsində iştirak edir və mənasız şəkildə həyatını itirir.
TodayPress TV xəbər verir ki, bunu Kolumbiya Prezidenti Qustavo Petro bildirib.
Qustavo dövlətin "ölümü ixrac etmək" istəmədiyini vurğulayıb.
Dövlət başçısı sosial şəbəkədə paylaşımında qeyd edib: “Hərbi hazırlıq keçmiş 7 min Kolumbiya vətəndaşı başqasının müharibəsində döyüşür və Ukraynada mənasız şəkildə həlak olur. Biz ölüm ixrac etmək istəmirik. Muzdlu fəaliyyət qanunla qadağandır.”
Jalə Rövşən