Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər

Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
15.09.2025 22:25 Dünya

Portuqaliyanın xarici işlər naziri Paulo Rangel Fələstin Dövlətinin rəsmi tanınması ilə bağlı gələn həftə bəzi yeniliklərin olacağını bildirib.

TodayPress TV xəbər verir ki, Rangel bu haqda Londonda Böyük Britaniyanın xarici işlər naziri İvet Kuperlə görüşündən sonra mətbuata açıqlama verib.

"Hələ ki, Fələstin Dövlətinin tanınması üçün heç bir maneə olmayıb. Proses davam edir və gələn həftə yeniliklər olacaq", - Rangel bildirib.

O, əlavə edib ki, Portuqaliya parlamentindəki siyasi qruplarla görüşlərini başa vurub, lakin baş nazir Luis Monteneqro və prezident Marselo Rebelo de Sousa ilə daha bir görüş keçirəcək.

Rangel onu da qeyd edib ki, Portuqaliya İsrailin Qətərdə hücumunu pisləyən qətnaməni BMT Baş Assambleyasında təqdim edəcək.

Qeyd edək ki, Fələstin Dövləti 1988-ci il noyabrın 15-də müstəqilliyini elan etdiyi gündən BMT-yə üzv olan 193 ölkədən 147-si tərəfindən tanınıb.

Portuqaliya ilə yanaşı, Fransa, Böyük Britaniya, Kanada və Maltanın da Fələstin Dövlətini tanıması gözlənilir.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Paşinyan seçki öncəsi güc nümayişi etdi: Respublika meydanında böyük mitinq - VİDEO 22:25 Türkiyə bayraqlı gəmiyə hücum: Ölən və yaralananlar var 22:17 Afrikada Ebola epidemiyası: 63 ölü, 400-ə yaxın yoluxma 21:48 Qrossi: "İran və ABŞ nüvə sazişinə çox yaxındırlar" 21:46 Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar 21:57 Sosial media platformaları üçün yeni dövr: Yaş təsdiqi və təhlükəsizlik rejimi məcburi olur 21:05 SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi - FOTO 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı 20:52 "Rusiya yenidən müharibəni seçir" - Zeleneskidən Putinə cavab 21:25 Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO 21:08 Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır 21:03 Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Bütün Xəbərlər