Polşada naməlum obyekt qəzaya uğradı

Polşada naməlum obyekt qəzaya uğradı
20.08.2025 12:45 Dünya

Polşanın Mazovetskie voyevodalığının Osiny kəndi yaxınlığında “qeyri-təbii mənşəli” naməlum obyekt partlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Polşanın hüquq-mühafizə orqanlarının nümayəndələri məlumat yayıb. 

Bildirilib ki, Osiny kəndindəki qarğıdalı sahəsinə naməlum obyekt düşüb və partlayış baş verib. Hadisə yerindən yanmış metal və plastik qalıqları tapılıb.

Partlayış nəticəsində bir neçə evin şüşələri sınıb, lakin xəsarət alan olmayıb. 

Aysel Mətləb 

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər