Polşada 32 Rusiya agenti saxlanıldı

Polşada 32 Rusiya agenti saxlanıldı
29.07.2025 16:42 Dünya

Polşanın Baş naziri Donald Tusk bildirib ki, Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən 32 nəfər ölkədə saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Onun sözlərinə görə, bu şəxslər təxribat törətmək tapşırıqları alıblar.  

Tusk əlavə edib ki, saxlanılanlardan biri artıq məhkum olunub və ömürlük həbs cəzası alıb. Hazırda bir polşalı, bir rusiyalı, bir ukraynalı, bir belaruslu və bir kolumbiyalı, eləcə də başqa şəxslər məhkəmənin qərarını gözləyir.

Baş nazir vurğulayıb ki, Polşa dövlətdə sabitliyi pozmağa çalışanlara qarşı sərt tədbirlər görməkdə qərarlıdır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər