Polşa prezidentliyinə namizəd rəqibini narkotik testinə çağırdı

Polşa prezidentliyinə namizəd rəqibini narkotik testinə çağırdı
24.05.2025 19:00 Dünya

Polşa prezidentliyinə namizəd Karol Navrotski seçki rəqibi Rafal Tşaskovskiyə narkotik testindən birgə keçməyi təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb. 

Məlumata görə, 23 mayda keçirilən televiziya debatlarında Navrotski ağzına içində naməlum maddə olan kiçik paket qoyub.

Bu hərəkət sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və bir çox istifadəçi onun narkotik vasitə istifadə etdiyini ehtimal edib.

Navrotski daha sonra “RMF FM” radiosuna açıqlamasında bildirib ki, istifadə etdiyi maddə nikotinli “pauç” olub və heç bir narkotik vasitə ilə əlaqəsi yoxdur. 

Qiymət Mahir

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər