Polşa belaruslu diplomatı ölkədən xaric edəcək
Polşa hökuməti xarici agentin ölkənin xüsusi xidmət orqanları tərəfindən saxlanılması fonunda bir belaruslu diplomatı ölkədən xaric etmək qərarına gəlib.
TodayPress TV-nin məlumatına görə, bu barədə Polşanın Baş naziri Donald Tusk "X" sosial şəbəkəsində bildirib.
"Belarus xüsusi xidmət orqanlarının ölkəmizə qarşı aqressiv hərəkətlərini dəstəkləyən belaruslu diplomat da Polşadan xaric ediciləcək", - o deyib.
Polşanın Baş naziri həmçinin sentyabrın 8-də Daxili Təhlükəsizlik Agentliyi (Polşa xüsusi xidməti) tərəfindən Rumıniya və Çexiyadan olan tərəfdaşlarla birgə keçirilən əməliyyat nəticəsində belaruslu agentin saxlanması barədə məlumat verib.