Polşa Aİ-dən müdafiə yardımı alacaq
Polşa Baş naziri Donald Tusk ölkəsinin Avropa İttifaqından (Aİ) 44 milyard avro müdafiə yardımı alacağını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Bildirilib ki, vəsaitlər Aİ-yə üzv dövlətlərə müdafiə qabiliyyətinə investisiyalar üçün güzəştli kreditlər verən Avropa Birliyinin "SAFE" proqramından gələcək.
Tuskun sözlərinə görə, vəsaitin bir hissəsi Rusiya və Belarusla sərhəddə Aİ-nin “şərq qalxanı” üçün pilotsuz uçuş aparatlarının alınmasına yönəldiləcək.
Aysel Mətləb