Politico: Putin ABŞ ilə “qızıl körpünü” yandırmağa yaxınlaşır

Politico: Putin ABŞ ilə “qızıl körpünü” yandırmağa yaxınlaşır
28.05.2025 18:00 Dünya

Rusiya prezidenti Vladimir Putin ABŞ ilə münasibətlərdə Donald Trampın inşa etdiyi “qızıl körpünü” məhv etməyə yaxındır.

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşri adının açıqlanmasını istəməyən mənbələrə istinadla yazıb. 

“Putin Trampın onun üçün qurduğu qızıl körpünü yandırmağa təhlükəli dərəcədə yaxındır”, – deyə mənbə qeyd edib.

Materialda vurğulanıb ki, ABŞ prezidenti Donald Tramp Rusiya ilə münasibətlərdə və Ukrayna münaqişəsinin həllində səbirinin son həddinə çatıb. Bununla belə, Tramp hələlik Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə yekun qərar verməyib.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər