Pezeşkian: "Ölkəmizdə su böhranı ən yüksək həddə çatıb"

Pezeşkian: "Ölkəmizdə su böhranı ən yüksək həddə çatıb"
31.07.2025 18:45 Dünya

İran Prezidenti Məsud Pezeşkian ölkədə su ehtiyatlarının sürətlə azaldığını və ölkənin quraqlığa doğru getdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi "IRNA" məlumat yayıb.

Zəncan əyalətində keçirilən Vilayət Planlaşdırma Şurasının iclasında çıxış edən Pezeşkian yaxın günlərdə ölkədə su böhranının daha da dərinləşə biləcəyinə diqqət çəkib.

O bildirib ki, su istehlakı nəzarətdə saxlanılmasa, ölkənin bir çox şəhərlərində ciddi su çatışmazlığı yaşanacaq.

Töhfə Səməd 

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər