Pezeşkian: “Nüvə enerjisindən istifadə hüququmuzu güc yolu ilə müdafiə edəcəyik”
İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnu qorumaq niyyətində olduqlarını bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
O bildirib ki, bu, İran xalqının ayrılmaz hüququdur və heç kim bu hüququ onlardan ala bilməz.
“Biz nüvə enerjisindən və onunla bağlı ölkəyə və cəmiyyətə fayda gətirən elmi-tədqiqat işlərindən istifadə etmək hüququna malikik. Bu, İran xalqının ayrılmaz haqqıdır. Heç kim bu hüququ İslam Respublikasından ala bilməz. Biz bu haqqı güc yolu ilə qoruyacağıq”, - deyə Pezeşkian qeyd edib.
Töhfə Səməd