Pezeşkian İsraildən müharibəni dayandırmağı tələb etdi

Pezeşkian İsraildən müharibəni dayandırmağı tələb etdi
20.06.2025 13:30 Dünya

"İsrail dərhal və qeyd-şərtsiz Tehrana qarşı hücumu dayandırmalıdır".

TodayPress TV xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian bildirib.

Onun sözlərinə görə, münaqişəni dayandırmağın yeganə yolu İsrailin hücumlarını şərtsiz şəkildə sonlandırması və hücumun bitirəcəyinə zəmanət verilməsidir.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail “Aslan qalxması” adlı əməliyyatla İranın nüvə və hərbi obyektlərinə zərbələr endirib. İran da cavab olaraq “Doğru vəd 3” əməliyyatına başlayıb və İsraildəki hədəfləri vurub. 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər