Peskov: “Müqəddəs yer heç vaxt boş qalmaz”
"Rusiyanı tərk edən Qərb şirkətləri hələlik geri dönmür, amma onların boşaltdığı sahələrə başqa ölkələrin biznesləri maraq göstərir".
TodayPress TV xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində "TASS"a açıqlamasında ildirib.
“Gedən biznes geri qayıtmır. Buna görə də bu mövzuda müzakirələr hələ ki, nəticəsizdir. Ancaq məlumdur ki, müqəddəs yer boş qalmır. Təbii olaraq, böyük Qərb şirkətlərinin çıxmasından sonra boş qalan sahələrə başqa ölkələrin biznesləri, xüsusilə də həmin nişlərə, böyük maraq göstərir”, - deyə Peskov qeyd edib.
Töhfə Səməd