Pentaqon Ukraynaya ayrılmış silahları geri qaytara biləcək

Pentaqon Ukraynaya ayrılmış silahları geri qaytara biləcək
10.08.2025 17:45 Dünya

ABŞ Müdafiə Nazirliyi Ukraynaya göndərilməsi nəzərdə tutulan silahların geri qaytarılmasına imkan verən yeni qaydalar qəbul edib.

TodayPress TV xəbər verir ki, “CNN”in məlumatına görə, bu dəyişiklik nəticəsində Kiyevə yardım üçün ayrılmış milyardlarla dollar ABŞ-nin azalan silah ehtiyatlarını bərpa etməyə yönəldilə bilər.

Yeni müddəalar Ukraynanın Təhlükəsizlik Yardımı Təşəbbüsünə də aiddir. Konqresin maliyyələşdirdiyi bu proqram çərçivəsində Kiyev 2016-cı ildən bəri silahları birbaşa Amerika istehsalçılarından alır və buna görə də Pentaqon həmin silahları öz anbarlarından ayırmaq məcburiyyətində qalmır.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər