Pekində təyyarə 528 metrlik göydələnə çırpıldı - VİDEO

Pekində təyyarə 528 metrlik göydələnə çırpıldı - VİDEO
26.06.2026 17:37 Dünya

Çinin paytaxtı Pekində yüngülmühərrikli təyyarə şəhərin ən hündür binası olan “CITIC Tower” göydələninə çırpılıb.

TodayPress TV xəbər verir ki, təyyarənin qalıqları göydələnin şərq tərəfindəki girişinin yaxınlığına düşüb. Əraziyə dərhal fövqəladə xidmət əməkdaşları cəlb olunub.

Hündürlüyü 528 metr olan “CITIC Tower” (China Zun) Pekinin ən hündür binası hesab olunur. İlkin məlumata görə, insident nəticəsində göydələnə ciddi ziyan dəyməyib.

Hadisənin səbəbi və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Xanım Musayeva

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər