Pavel yeni hökümətlə bağlı partiyalarla məsləhətləşmələrə başladı
Çexiya Prezidenti Petr Pavel yeni hökumətin qurulması ilə bağlı parlamentə düşən partiyaların rəhbərləri ilə görüşlərə başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “İdnes” xəbər portalı məlumat yayıb.
Oktyabrın 3-4-də Çexiyada keçirilən parlament seçkilərində altı siyasi partiya Deputatlar Palatasında yer qazanıb. Ən çox səs toplayan isə keçmiş Baş nazir Andrey Babişin rəhbərlik etdiyi ANO partiyası olub. Bu partiya parlamentdə 200 yerin 80-ni qazanıb.
Buna baxmayaraq, Babiş bildirib ki, prezident ona hələ hökumət qurmaq üçün rəsmi tapşırıq verməyib.
Prezidentin partiya liderləri ilə məsləhətləşmələrinin bir-iki günə yekunlaşacağı gözlənilir.
Türkan İsgəndərli