Paşinyan Simonyana yeni vəzifə verdi

Paşinyan Simonyana yeni vəzifə verdi
13.08.2026 13:48 Dünya

Alen Simonyan Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib.

TodayPress TV xəbər verir ki, bu barədə  Ermənistan KİV məlumat yayıb. 

Məlumata görə, Baş nazir Nikol Paşinyan bununla bağlı fərman imzalayıb.

Alen Simonyan bu vəzifədə Armen Qriqoryanı əvəz edəcək. Alen Simonyan daha əvvəl Ermənistan parlamentinin sədri olub.

Qeyd edək ki, Ermənistanın keçmiş Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan Baş nazir Nikol Paşinyanın Baş nazirin aparatında vəzifə tutmaq təklifini rədd edib.

Paşinyanın sözlərinə görə, Qriqoryan dövlət qulluğunda fasilə verməyə üstünlük verib.

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər