Paşinyan İranın müdafiə naziri ilə görüşdü

Paşinyan İranın müdafiə naziri ilə görüşdü
21.05.2025 18:28 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda rəsmi səfərdə olan İranın müdafiə naziri, briqada generalı Əziz Nəsirzadə ilə əməkdaşlıq məsələlərini müzakirə edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” yazıb.

Paşinyan vurğulayıb ki, İrəvanla Tehran arasında münasibətlər sürətlə inkişaf edir və bu, hər iki ölkənin maraqları ilə bağlıdır.

Həmsöhbətlər Ermənistan-İran əməkdaşlığının gündəliyi, o cümlədən regional təhlükəsizlik və sabitliyin təmin edilməsi ilə bağlı məsələləri də müzakirə ediblər.

Nicat Osman



XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər