Paşinyan ABŞ-yə səfər edəcək
Ermənistan hökuməti Baş nazir Nikol Paşinyanın ABŞ-nin paytaxtı Vaşinqtonda prezident Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyini təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.
Bəyanata əsasən, Paşinyan 7-8 avqust tarixlərində ABŞ-də səfərdə olacaq. Səfər çərçivəsində Ermənistan hökumət başçısı Tramp ilə ikitərəfli danışıqlar aparacaq. Görüşdə Ermənistan-ABŞ strateji tərəfdaşlığının gücləndirilməsi məsələsi müzakirə olunacaq. Bundan əlavə, Vaşinqtonda Tramp, Paşinyan və İlham Əliyev arasında Cənubi Qafqazda sülh, rifah və iqtisadi əməkdaşlıq məqsədilə üçtərəfli görüş də nəzərdə tutulub.
Qiymət Mahir