Parada getməkdən imtina etdi: Moskva səfərində ŞOK detallar!
Slovakiyanın Baş naziri Robert Fitso Moskvada keçiriləcək Qələbə Paradında iştirak etməyəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə SME məlumat yayıb.
Məlumata görə, Robert Fitso Moskvaya səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə görüşəcək və naməlum əsgərin məzarını ziyarət edəcək.
“Qələbə Paradına qatılmaq fikrim yoxdur”, — deyə Fitso bildirib.
Qeyd olunur ki, onun Rusiyaya səfəri Avropa İttifaqı daxilində fikir ayrılıqlarını da üzə çıxarıb.
Məlumata görə, bəzi ölkələr Slovakiya hökumət təyyarəsinin öz hava məkanından keçməsinə icazə verməyib, nəticədə Fitso səfərini avtomobillə həyata keçirməyi planlaşdırır.
Qiymət Mahir